Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Oğuz rayonu, Xacmaz kəndində meşə təsərrüfatına məxsus ərazidə 5 ha sahədə qurumuş ağaclar, ağac budaqları, və kol-kos yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 50 nəfər yanğınsöndürəni, 4 ədəd yanğın avtomobili və 30 nəfər meşə təsərrüfatının işçiləri cəlb olunub.
Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.