...

Azərbaycanda bazar günü iki nəfər suda boğulub

Hadisə Materials 18 Avqust 2014 15:13 (UTC +04:00)
Onların meyitləri sudan çıxarılıb.
Azərbaycanda bazar günü iki nəfər suda boğulub

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycanda bazar günü iki nəfər suda boğulub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Oğuz rayonunun Xaçmaz kənd sakini Ağadadaş Mürsəlzadə yaşadığı kəndin ərazisində yerləşən göldə, Lənkəran rayonunun Gərmətürk qəsəbə sakini Amil Rzayev isə dənizdə çimərkən suda boğulublar.

Onların meyitləri sudan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti