...

Ananın məhkum oğluna mobil telefon vermək cəhdi baş tutmadı

Hadisə Materials 19 Avqust 2014 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Tural İlham oğlu Vəliyevin yanına qısamüddətli görüşə gəlmiş anası - Bərdə rayonu, Lək kəndində yaşayan vətəndaş Ceyran Qubad qızı Hüseynovanın üzərinə baxış keçirilib.

Baxış zamanı qadının alt paltarında gizlədilmiş bir ədəd "Nokia C3" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, T.Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.3.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti