...

Tovuzda yol qəzasında ölən sürücü bələdiyyə sədri olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Avqust 2014 11:48 (UTC +04:00)
Tovuzda yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb.
Tovuzda yol qəzasında ölən sürücü bələdiyyə sədri olub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 9:51-də yayılıb)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Tovuzda yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 27-də Bakı-Qazax younun 430-cu kilometrliyində, Tovuz rayonu ərazisində vətəndaşlara məxsus "Kamaz" markalı yük abtomobili və "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sahibi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq saat 23:00-da aidiyyətı üzrə təhvil veriblər.

Trend Türkel TV (TTV) istindən xəbər verir ki, Bakı-Qazax yolunda, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində "Kamaz" markalı yük maşını ilə "Mitsubishi" markalı avtomobilin toqquşması nəticəsində "Mitsubishi"nin ölən sürücüsü Tovuz rayon Əlimərdanlı kənd bələdiyəsinin sədri Abbas İbrahimov olub. O, aldığı ağır xəsarətlərindən elə hadisə yerindəcə keçinib. "Kamaz"ın sürücüsü, Əlibəyli kənd sakini İlqar Gülməmmədov isə yüngül xəsarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "Kamaz"ın sürücüsünün dediyinə görə, hadisə "Mitsubishi"nin onun yoluna çıxması nəticəsində baş verib.

Hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsinin Yol Patrol Xidmətinin əməkdaşları araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti