Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/
Sabirabad rayonunun iki sakini Kür çayında çimərkən suda boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 27-də Sabirabad rayonu Şıxsalahlı kəndində kənd sakinləri Etibar Nuriyev və Tərlan Nərimanov Kür çayında çimərkən suda boğulublar. Onların meyitlərinin sudan çıxarılması üçün tədbirlər görülür.