Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/
Quba rayon sakini göldə çimərkən suda boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də Quba rayonu 2-ci Nügədi kənd sakini Ayaz Süleymanov kəndin ərazisindəki göldə çimərkən suda boğulub. Onun meyiti göldən çıxarılıb.