...

Şabranda keçmiş məhkum öz evini yandırıb

Hadisə Materials 9 Sentyabr 2014 15:17 (UTC +04:00)
Şabranda əvvəllər məhkum olunmuş şəxs sərxoş halda yaşadığı evini qəsdən yandırıb.
Şabranda keçmiş məhkum öz evini yandırıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İlkin İzzət/

Şabranda əvvəllər məhkum olunmuş şəxs sərxoş halda yaşadığı evini qəsdən yandırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də saat 02 radələrində əvvəllər məhkum olunmuş Məhəmməd Seydiyev sərxoş halda yaşadığı Şabran şəhəri Əzizbəyov küçəsindəki evini qəsdən yandırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin evdəki məişət əşyaları yanıb.

Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən evə baxış zamanı 12,46 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti