Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakini Ağdaş rayonu ərazisində kanalda çimərkən suda boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-da Ağdaş rayonunun Kükəl kəndinin ərazisində Bakı şəhər sakini Fuad Rəsulov Yuxarı Şirvan kanalında çimərkən suda boğulub. Onun tapılması istiqamətində tədbirlər görülür.