Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/
Binəqədi rayon sakini hamam otağında ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 21-də Binəqədi rayon sakini Abbas Qələndərov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. O, yaşadığı evin hamam otağında ehtiyatsızlıqdan yıxılması nəticəsində ölüb.