...

Bakıda 30 min manatlıq oğurluq etmiş qadın tutulub

Hadisə Materials 29 Sentyabr 2014 14:04 (UTC +04:00)
Bakıda evdən 30 min manatlıq oğurluq etmiş Bakı şəhər sakini tutulub.
Bakıda 30 min manatlıq oğurluq etmiş qadın tutulub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda evdən 30 min manatlıq oğurluq etmiş Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də Vüsalə Orucovanın mənzilindən 30000 manat dəyərində qızıl əşyalar oğurlamış qohumu - Bakı şəhər sakini Günel Məmmədova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti