...

Kürd qadın "İslam Dövləti"nin 27 yaraqlısını məhv etdi

Hadisə Materials 7 Oktyabr 2014 14:01 (UTC +04:00)
Kürd kamikadze qadın "İslam Dövləti" qruplaşmasının yaraqlılarına qarşı intihar hücumu həyata keçirib.
Kürd qadın "İslam Dövləti"nin 27 yaraqlısını məhv etdi

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Kürd kamikadze qadın "İslam Dövləti" qruplaşmasının yaraqlılarına qarşı intihar hücumu həyata keçirib.

Trend Britaniyanın məşhur "Independent" qəzetinin saytına istinadən xəbər verir ki, əsl adı Dilar Gencxemiş, kod adı Arin Mirkan olan kürd kamikadze qadın "İslam Dövləti"nin yaraqlıları ilə döyüşə girib və döyüş zamanı özünü partladaraq 27 silahlını öldürüb.

Məlumata görə, kamikadze qadın Kürd Xalq Müdafiə Birliyinin komandiri olub.

Qeyd edək ki, "İslam Dövləti" (əvvəllər "İraq və Şam İslam Dövləti") 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə "əl-Qaidə" terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islamçı qruplaşma daxil idi.

Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İslam Dövləti" təşkilatı "əl-Qaidə"nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına "cihad" elan etdiyini bəyan edib.

Oktyabrın 6-da Suriyanın Kobani şəhərinin "İslam Dövləti"nin nəzarətinə keçməsi ilə Türkiyə-Suriya sərhədinin böyük bir qisminə terrorçuların nəzarət etdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti