...

Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub

Hadisə Materials 15 Oktyabr 2014 10:30 (UTC +04:00)
Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub.
Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məccələsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1975-ci il təvəllüdlü Etibar Mustafayev tutulub.

Eyni maddə ilə axtarışda olan daha bir şəxs Suraxanı polisi tərəfindən yaxalanıb. Belə ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Bəxtiyar Hüseynov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti