Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Çərşənbə günü səhər Moskvanın mərkəzində inşaat liftinin düşməsi nəticəsində bir Türkiyə vətəndaşı ölüb, yeddisi yaralanıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə əsasən xəbər verib.
Agentliyin müsahibi deyib: "Presnenski sahili, ev 16 ünvanda üçüncü mərtəbədən inşaat liftinin düşməsi nəticəsində 8 nəfər xəsarət alıb, onlardan biri ölüb. Məlumata görə, zərərçəkənlərin hamısı Türkiyə vətəndaşlarıdır".
Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.