Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda Zəngilandan olan məcburi köçkünün evindən 7 min manat pul oğurlamış şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də Biləcəri dəmiryol stansiyasının Çeşidləmə məntəqəsinin ərazisində yaşayan Zəngilan rayon sakini Şükür Cəfərquliyevin evindən 7000 manat oğurlanıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Zərdab şəhər sakini Elçin Həsənov tutulub.