Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu
Türkiyədə Ankara bələdiyyəsi boşaldılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti xəbər verib.
Məlumata əsasən, naməlum şəxs bələdiyyəyə zəng edərək binada partlayıcı maddə olduğunu bildirib.
Nəticədə bütün bələdiyyə personalı binadan çıxarılıb.
Hal-hazırda xüsusi təyinatlı polis bələdiyyə binasında axtarış aparır.