...

Bakıda 30 yaşlı gənc intahara cəhd etdi

Hadisə Materials 21 Oktyabr 2014 10:02 (UTC +04:00)
Bakının mərkəzində 30 yaşlı gənc intahara cəhd edib.
Bakıda 30 yaşlı gənc intahara cəhd etdi

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakının mərkəzində 30 yaşlı gənc intahara cəhd edib.

Səbail Rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, oktyabrın 20-də axşam saat 18:15 radələrində 1984-cü təvəllüdlü Mustafayev Tural Bulud oğlu paytaxtın Neftçilər prospektində intihara cəhd edib. O, siçan dərmanı içərək özünə qəsd etməyə çalışıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti