Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Daşkəsəndə qonşular arasında düşən mübahisə qanlı sonluqla bitib.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bü gün axşam saat 23:00 radələrində Daşkəsən sakini 64 yaşlı Ziyad Əmraslanov müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib.
Həkimlər xəstəyə dərhal ilkin yardım göstəriblər, hazırda Ziyad Əmraslanovun səhhəti orta ağır kimi qiymətləndirilir. Xəsarət alan şəxsin yaxınlarının sözlərinə görə Ziyad Əmraslanov qonşusu tərəfindən döyülüb.
Faktla bağlı Daşkəsən rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.