...

Tərtərdə dövlət qurumlarının xidməti otaqlarından pul və yaddaş kartları oğurlayan şəxs tutulub

Hadisə Materials 25 Oktyabr 2014 13:46 (UTC +04:00)
Şübhəli şəxs qismində saxlanılan Kəlbəcər rayon sakini Qurban Məhəmmədlinin cinayət əməlləri müəyyən edilib.
Tərtərdə dövlət qurumlarının xidməti otaqlarından pul və yaddaş kartları oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Şübhəli şəxs qismində saxlanılan Kəlbəcər rayon sakini Qurban Məhəmmədlinin cinayət əməlləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər rayon Polis şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Kəlbəcər rayon sakini Qurban Məhəmmədli şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə aparılıb və üzərinə baxış zamanı 88 ədəd açar və 27 ədəd yaddaş kartı götürülüb.

Q.Məhəmmədlinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, cari ilin aprel-iyul ayları ərzində Tərtər şəhər İcra nümayəndəliyinin inzibati binasında yerləşən rayon qeydiyyat şöbəsinin işçisi Elşən Quliyevin xidməti otağından 80 manat, yaddaş kartı, rayon peşə məktəbinin direktoru Faiq Məmmədovun xidməti otağından 500 manat, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsinin işçisi Nazim Səfərovun xidməti otağından 330 manat və yaddaş kartı oğurlaması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti