...

DİN Gəncədə keçmiş məhkumların silahlı insidentinə aydınlıq gətirib

Hadisə Materials 28 Oktyabr 2014 13:52 (UTC +04:00)
Oktyabrın 27-də Gəncə şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.
DİN Gəncədə keçmiş məhkumların silahlı insidentinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Oktyabrın 27-də Gəncə şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərov tərəfindən törədilməsi müəyyən edilib.

Kəpəz RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti