Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/
Mingəçevir şəhərinin iki sakini ehtiyatsızlıqdan yıxılaraq suda boğulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 11-də Mingəçevir şəhərində şəhər sakinləri Ömər Əvəzzadə və Toğrul Novruzov kanalda balıq tutarkən ehtiyatsızlıqdan yıxılaraq suda boğulublar. Onların meyitlərinin tapılması istiqamətində tədbirlər görülür.