Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/
Xətai rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, noyabrın 13-ü saat 9:00 radələrində Xətai rayonu R.Quliyev küçəsi, 6 saylı evin qarşısında sürücü Əfqan Mahmudazənin idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən piyada Əlibaba Məmmədovu vurub.
Nəticədə ağır bədən xəsarətləri alan Ə.Məmmədov Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılsa da, həkimlərin onun həyatını xilas edə bilməyiblər və o, xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.