...

Zaqatalada tikili və içindəki avtomobil yanıb

Hadisə Materials 15 Noyabr 2014 09:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İlkin İzzət/

Zaqatalada tikili və içindəki avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün Zaqatala rayonu, Yuxarı Tala kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 175 kv.m olan köməkçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində dayanmış "Mercedes" markalı minik avtobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti