Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əsgərağa Abış oğlu Sadatovun yanına qısamüddətli görüşə gəlmiş bacısı - Cəlilabad şəhər sakini Səyyarə Abış qızı Sadatovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.ş
Baxış zamanı əl çantasının içərisindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Azercell" danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Ə.Sadatov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2; 178.2.3: 178.2.4; 313 və 66.3-cü maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilib.