Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlkin İzzət/
Ucar rayonunun Bərgüşad kənd sakininin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də Ucar rayonunun Bərgüşad kəndindən keçən arxda kənd sakini Əzizağa Ədilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.