...

Sumqayıtda 61 yaşlı qadının hamamda meyiti tapılıb

Hadisə Materials 1 Dekabr 2014 13:26 (UTC +04:00)
Sumqayıt sakini hamamda ölmüş vəziyyətdə aşkar edilib.
Sumqayıtda 61 yaşlı qadının hamamda meyiti tapılıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıt sakini hamamda ölmüş vəziyyətdə aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1953-cü il təvəllüdlü Dadaşova Bəhbuzə Mustafa qızı köməksiz vəziyyətdə qalıb.

FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən B.Dadaşova hamam otağında huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətandaşın vəfat etdiyi müəyyən olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti