...

Bakıda məktəbdə hansı səbəbdən yanğın baş verib? (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Dekabr 2014 12:54 (UTC +04:00)

İlk xəbər 11:30-da yayılıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakının Binəqədi rayonundakı 102 saylı tam orta məktəbin qazanxanası yanır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonundakı 102 saylı orta məktəbin həyətində yerləşən qazanxanada güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün qazanxanaya verilən qazın kəsilməsi istiqamətində iş aparılır.

Qeyd edilib ki, yanğının məktəbin tədris binasına heç bir aidiyyəti yoxdur. Lakin hər ehtimala qarşı təhlükəsizlik tədbirləri çərçivəsində müəllim və şagirdlər binadan təxliyə olunublar.

XXX

Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda, Təhsil Nazirliyinə məxsus orta məktəbin ümumi sahəsi 40 kv.m olan qazanxananın xarici divarından keçən diametri 51 mm olan qaz xəttində alışma olmuşdur. Yanğın nəticəsində qazanxananın damında 1 p.m atma taxta yanmışdır. Qazanxana yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti