...

Ucarlı qadın Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edib

Hadisə Materials 22 Dekabr 2014 15:02 (UTC +04:00)
Bakıda Türkiyə vətəndaşının evindən oğurluq etmiş Ucar rayon sakini saxlanılıb.
Ucarlı qadın Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edib

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda Türkiyə vətəndaşının evindən oğurluq etmiş Ucar rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Türkiyə vətəndaşı Ayhan Yıldızın evindən 850 manat oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 7-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Ucar rayon sakini Afiyət İslamova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti