...

Avtomobildə “narkomağaza” aşkar edildi

Hadisə Materials 5 Yanvar 2015 13:27 (UTC +04:00)
Abşeron rayon sakininin avtomobilindən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.
Avtomobildə “narkomağaza” aşkar edildi

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Abşeron rayon sakininin avtomobilindən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi "Mercedes" markalı avtomobildən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti