...

Bakı sakinin avtomobilindən odlu silah tapılıb

Hadisə Materials 12 Yanvar 2015 10:12 (UTC +04:00)
Bakı sakinin avtomobilindən qundağı kəsilmiş ov tüfəngi tapılıb.
Bakı sakinin avtomobilindən odlu silah tapılıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı sakinin avtomobilindən qundağı kəsilmiş ov tüfəngi tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ)mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi Cinayət-Axarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Tofiq Həsənova məxsus "KIA" markalı avtomobildən 16 kalibrli "İJ" modelli lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti