Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakıda dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi 16-cı, 17-ci və 18-ci Polis Bölməsi və Suraxanı rayon Polis İdarəsi əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb. Onlara xəbərdarlıq edildikdən sonra buraxılıblar. Saxlanılanlardan 5-i kişi, 11-i qadın, 9-u azyaşlı olub.
Qeyd edək ki, 2015-ci ildə Bakı polisi tərəfindən artıq 200-dən çox şəxs avara və dilənçi həyat tərzi sürdüklərinə saxlanılıb.