...

Hövsanda orta məktəb direktoruna narazılıq ediblər (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 Yanvar 2015 13:37 (UTC +04:00)
Bakıda orta məktəblərdən birində məktəb direktorunun fəaliyyətindən narazılıq bildirilib.
Hövsanda orta məktəb direktoruna narazılıq ediblər (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 11:30-da yayılıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda orta məktəblərdən birində məktəb direktorunun fəaliyyətindən narazılıq bildirilib.

Trend xəbər verir ki, bu gün səhər saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi sakinləri səhər saatlarında 118 saylı orta məktəbin qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb valideyn və şagirdlərin məktəb direktorunun fəaliyyətindən narazı olması olub.

Suraxanı Rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildiriblər ki, idarənin məsul şəxsləri hadisənin araşdırılması məqsədilə məktəbə ezam olunublar. Hazırda faktla bağlı araşdırma aparılır.

XXX

Suraxanı rayon prokurorluğundan Trend-ə bildiriblər ki, bu gün 118 saylı Hövsan kənd orta məktəbinin qarşısında keçirilən etiraz aksiyası zamanı ölən Elmar Əliyevin meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı Rayon Şöbəsinə aparılıb. Yalnız ekspertizanın ilkin rəyindən sonra faktla bağlı cinayət işinin qaldırılıb-qaldırılmayacağı haqqında qərar veriləcək.

Qeyd edək ki, bu gün səhər məktəbin ətrafına toplaşan kənd sakinləri məktəbin direktoru Qardaşxan Səlimovun məktəbdə idarəetmə formasından, davranışlarından, şagirdlərlə təhqir formasında danışmasından şikayət ediblər.

Valideynlər qeyd ediblər ki, məktəbin tarix müəllimi uzun müddətdir ki, dərsə gəlmir və uşaqlar dərslərdən geri qalırlar. Yanvarın 16-da məktəbin IX sinif şagirdləri direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyiblər. Məktəb direktoru təhqiredici ifadələr işlədib.

Aksiya zamanı 22 yaşlı Əliyev Elmar Rəcəbəli oğlu qıcolmadan dünyasını dəyişib.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İdarənin rəisi Təhmasib İbrahimov jurnalistlərə deyib ki, həkimlərin bildirdiyinə görə, ölən epilepsiya xəstəsi olub. Hazırda E.Əliyevin ölüm faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti