...

“Yəhova şahidləri” dini təriqətini təbliğ edənlər saxlanılıb

Hadisə Materials 22 Yanvar 2015 12:55 (UTC +04:00)
Onlardan təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab götürülmüş və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilib.
“Yəhova şahidləri” dini təriqətini təbliğ edənlər saxlanılıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlkin İzzət/

"Yəhova şahidləri" dini təriqətini təbliğ edənlər saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov "Yəhova şahidləri" dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Qaradağ RPİ 10-cu PB-yə təhvil veriliblər.

Onlardan təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab götürülmüş və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti