...

Moskvadan Lənkərana qaçaqmalçılıqla siqaret gətirilməsinin qarşısı alınıb

Hadisə Materials 28 Yanvar 2015 14:53 (UTC +04:00)
Gömrükçülər ölkəyə qanunsuz yolla gətirilən 4080 qutu xarici markalı siqaret aşkar ediblər.
Moskvadan Lənkərana qaçaqmalçılıqla siqaret gətirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Gömrükçülər ölkəyə qanunsuz yolla gətirilən 4080 qutu xarici markalı siqaret aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Moskva-Lənkəran aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Elçin Teymurova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 6 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə həmin çantalarda malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan cəmi 4080 qutu xarici markalı müxtəlif siqaretlər aşkar olunub.

Faktla bağlı izahatında E.Teymurov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti