...

Şirvanda avtomobillə vurulan iki piyadadan biri ölüb

Hadisə Materials 31 Yanvar 2015 14:43 (UTC +04:00)
Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şirvanda avtomobillə vurulan iki piyadadan biri ölüb

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, yanvarın 30-da saat 19 radalərində Şirvan şəhərində şəhər sakini Elvin Əzimov idarə etdiyi "VAZ-2103" markalı avtomobillə yolu keçən həmyerliləri Vüsal Səmədovu və Ceyhun Mehdiyevi vurub. Onlar hər ikisi xəstəxanaya yerləşdirilib, C.Mehdiyev orada ölüb.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti