...

Bakı sakininin pullarını zorla talayan soyğunçular tutulub

Hadisə Materials 5 Fevral 2015 11:27 (UTC +04:00)
Bakıda soyğunçuluq etmiş şəxslər tutulub.
Bakı sakininin pullarını zorla talayan soyğunçular tutulub

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda soyğunçuluq etmiş şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 3-də saat 00:30 radələrində, F.X.Xoyski küçəsində Bakı şəhər sakini Elnur İsmayılovu fiziki zor tətbiq edərək içərisində 350 manat olan pul kisəsini soyğunçuluq yolu ilə talayıblar.

Nərimanov rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər tutulub. Bunlar Biləsuvar rayon sakini, 1993-cü il təvəllüdlü Cəmil İmanov və Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Əhmədovdur. Saxlanılarkən C.İmanovdan 0,167 qram, K.Əhmədovdan 0,172 qram heroin aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti