...

Bakıda silahla gəzən keçmiş məhkum tutulub

Hadisə Materials 20 Fevral 2015 10:22 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Bakıda silahla gəzən keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda silahla gəzən keçmiş məhkum tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi Narkotiklə Mübarizə bölməsi, Cinayət Axtarış şöbəsi və 26-cı Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Elçin Ramazan oğlu Kərimduxtdan naqan tipli "Revolver" markalı silah və 3 ədəd 7,62 mm patron aşkar olunaraq götürülüb.

Qeyd edək ki, E.Kərimduxt əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti