...

Azərbaycanda daha bir zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 23 Fevral 2015 12:52 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verıb.
Azərbaycanda daha bir zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB-2)

İlk xəbər 11:02-də yayılıb

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib.

Trend Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, zəlzələ Xəzər dənizində bu gün saat 08:00:09-da qeydə alınıb. Zəlzələnin dərinliyi 54 km, maqnitudası 3,8 olub.

Zəlzələ hiss olunmayıb.

Bu gün növbəti zəlzələ Qəbələ rayonunda baş verıb.

RSXM xəbər verir ki, ilkin məlumatlara görə, zəlzələ saat 07:57:54-də Qəbələ ərazisində qeydə alınıb.

Zəlzələnin dərinliyi 14 km, maqnitudası 3,3 olub.

Gün ərzində Azərbaycanda 3-cü zəlzələ qeydə alınıb.

Mərkəzin məlumatına görə, bu gün saat 12:04:49-də Şəmkir rayonu ərazisində Gəncədən 32 km şimal-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti