...

Mingəçevirdə itkin düşmüş şəxsin meyiti tapıldı

Hadisə Materials 23 Fevral 2015 15:37 (UTC +04:00)
İtkin düşmüş şəxs kimi axtarışda olan Mingəçevir şəhər sakininin meyiti tapılıb.
Mingəçevirdə itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

İtkin düşmüş şəxs kimi axtarışda olan Mingəçevir şəhər sakininin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində şəhər sakini Hətəm Ağayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Araşdırmalar zamanı H.Ağayevin fevralın 10-dan itkin düşmüş şəxs kimi axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti