...

Mağazadan silah tapıldı

Hadisə Materials 2 Mart 2015 13:31 (UTC +04:00)
Vətəndaşlardan qanunsuz saxlanılan silahlar götürülüb.
Mağazadan silah tapıldı

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İlkin İzzət/

Vətəndaşlardan qanunsuz saxlanılan silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Salyan rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Qalalı kəndində kənd sakini Ruhid Məlikova məxsus mağazaya baxış keçirilib. Baxış zamanı orada 2 ədəd "ARAL" markalı tir tüfəngləri, 25 qutu qırma, 16 qutu barıt, 1344 ədəd alışdırıcı və 3236 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Eynallı kənd sakini Elton Şükürovdan müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti