...

Azərbaycan DİN-in axtardığı şəxs Qazaxıstanda saxlanıldı

Hadisə Materials 13 Mart 2015 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bir sıra cinayətlər törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Akmola vilayətində saxlanılıb. Bu barədə Trend Qazaxıstan mətbuatına istinadən mlumat verir.

Polisdən bildirilib ki, vilayətdə genişmiqyaslı "dövlətlərarası axtarış" əməliyyatı keçirilib: "Azərbaycan DİN tərəfindən 3 cinayət, qanunsuz silah-sursat əldə etmək; hədə-qorxu ilə silah əldə etmək; vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətləri törətməkdə təqsirli bilinən 46 yaşlı cinayətkar Sandıktau rayonunda martın 12-də saxlanılıb".

Kişi həbs edilib və müvəqqəti saxlama izolyatoruna yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti