...

Bakıda tapılmış meyitin 9 il əvvəl itkin düşmüş şəxs olduğu müəyyən edilib

Hadisə Materials 1 Aprel 2015 12:45 (UTC +04:00)
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində 4 həftə əvvəl tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.
Bakıda tapılmış meyitin 9 il əvvəl itkin düşmüş şəxs olduğu müəyyən edilib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində 4 həftə əvvəl tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Ələt qəsəbəsi ərazisində tapılmış meyitin 2006-cı ilin iyun ayında itkin düşmüş Sabirabad rayon sakini Mərifət İsmayılov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti