...

Cəlilabadda torpaq sürüşməsi - Sakinlər qorxu içindədir (VİDEO)

Hadisə Materials 1 Aprel 2015 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Cəlilabadda avtomobil yolunda dərinliyi yarım metr olan çatlar əmələ gəlib.

Trend Region TV-yə istinadən məlumat verir ki, son zamanlar yağıntının normadan artıq düşməsi Cəlilabadda torpaq sürüşməsi ilə nəticələnib. Baş verən sürüşmə nəticəsində avtomobil yolunda dərinliyi yarım metr olan çatlar əmələ gəlib.

Sürüşmə Cəlilabad-Sadatlı avtomobil yolunun müxtəlif hissələrinin çökməsinə səbəb olub. Yolun 2 ayrı hissəsinin dağılması nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Avtomobil yolundan 10-a yaxın kəndin sakinləri mütəmadi istifadə edirlər. Sürüşmə kəndlərin rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

Yerli sakinlərin verdiyi məlumata görə, əvvəllər sürüşmə az olsa da, bir neçə gün öncə yağan yağış sürüşməni daha da sürətləndirib. Sakinlər bölgədə qorxu içində yaşadıqlarını da bildiriblər.

Cəlilabad Fövqəladə Hallar Komissiyasından bildirilib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra yolun çökmüş hissələrində bərpa işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti