Azərbaycan, Bakı, 13 aprel /Trend/
Sabunçuda qəza baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "İVECO" markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sərnişini hadisə yerində vəfat edən avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 23:25-də başa çatıb.