...

Bakıda daha bir avtoxuliqan həbs edildi

Hadisə Materials 21 Aprel 2015 11:48 (UTC +04:00)
Məhkəmənin qərarına əsasən İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 30 gün inzibati həbs verilib.
Bakıda daha bir avtoxuliqan həbs edildi

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda daha bir avtoxuliqan həbs edildi.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildirib ki, Pirallahl RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 17-də saat 15:40 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyoldaş Kamil oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 30 gün inzibati həbs verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti