ilk xəbər 13:58-də yayılıb
Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Ənvər Məmmədov/
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda binada yanğının tam söndürülməsinə əmin olmaq üçün yoxlama işi aparılır.
Qeyd edək ki, yanğın bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hazırda ölənlərin sayı 12 nəfərə çatıb, 54 nəfər isə xəsarət alıb.