...

Gəncədə 15 yaşlı bacılar itkin düşdü (FOTO)

Hadisə Materials 26 May 2015 17:11 (UTC +04:00)
Gəncədə 15 yaşlı iki bacı itkin düşüb.
Gəncədə 15 yaşlı bacılar itkin düşdü (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

Gəncədə 15 yaşlı iki bacı itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2000-ci ildə Gəncə şəhərində anadan olmuş iki bacı-Abdurəhmanova Səkinə və Məryəm Sabir qızı bu il aprelin 29-da gecə saat 01.00 radələrində yaşadıqları evdən gediblər və bir daha geri qayıtmayıblar.

İtkin düşmüş bacıların xarakterik əlamətləri aşağıdakılardır:

Səkinə Abdurəhmanovanın boyu 1 metr 60 santimetr, orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində ağ-qara rəngli şalvar, qara kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Məryəm Abdurəhmanovanın boyu isə 1 metr 55 santimetrdir, o da orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Səkinə və Məryəm Abdurəhmanovaları görənlərdən və ya itkin düşmüş iki bacı barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 315-44-05, (050) 322-18-32 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti