...

Bakıda 10 nəfər xilas edildi

Hadisə Materials 1 İyun 2015 01:51 (UTC +04:00)
Bakıda 10 nəfər köməksiz vəziyyətdən xilas edilib.
Bakıda 10 nəfər xilas edildi

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Bakıda 10 nəfər köməksiz vəziyyətdən xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 10 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Xəbər lenti

Xəbər lenti