...

FHN: Sumqayıtda heç bir ticarət mərkəzində yanğın olmayıb

Hadisə Materials 6 İyun 2015 01:26 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi bəzi KİV-lərdə Sumqayıtda "Karvan" ticarət mərkəzinin yanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
FHN: Sumqayıtda heç bir ticarət mərkəzində yanğın olmayıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Fövqəladə Hallar Nazirliyi bəzi KİV-lərdə Sumqayıtda "Karvan" ticarət mərkəzinin yanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Trend xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumatda qeyd olunur: "Bəzi kütləvi informasiya vasitələrində 5 iyun 2015-ci il tarixində Sumqayıt şəhərində yerləşən "Karvan" ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat yayılıb. Fövqəladə Hallar Nazirliyi bildirir ki, bu məlumat həqiqəti əks etdirmir və göstərilən tarixdə Sumqayıt şəhərində heç bir ticarət mərkəzində yanğın hadisəsi qeydə alınmayıb".

Xəbər lenti

Xəbər lenti