...

Kürdəmirdə yolla gedən avtomobildə 23 ton sap yanıb

Hadisə Materials 10 İyun 2015 10:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

Kürdəmirdə yolla gedən yük avtomobilnin qoşqusunda 23 ton sap yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Karrar kəndində "Caspian Trans" şirkətinə məxsus "Mercedes" markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquda olan 23 ton tekstil sap yanıb.

Yanğından yük avtomobili mühafizə olunub. Yanğın saat 07:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti