...

Tunisdə atışma nəticəsində ölənlərin sayı 30-a çatıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 İyun 2015 18:48 (UTC +04:00)

Ölənlərin sayı haqqında məlumat əlavə olunub (ilk xəbər saat 17:34-də yayılıb)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Tunisin Sus şəhərindəki Əl-Kantaui kurortunda, "İmperial" hotelinin yaxınlığındakı çimərlikdə baş verən atışma 30 insanın həyatına son qoyub.

Bundan əvvəl 19 nəfərin həlak olduğu bildirilirdi.

Hadisə nəticəsində 20 nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hücum edən şəxs məhv edilib.

Hazırda ölənlərin kimliyi hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti